DÜNYA
Özbəkistanda prezident seçkilərinə vaxtından əvvəl səsvermə keçirilir
Daşkənd, 17 oktyabr, AZƏRTAC
Özbəkistanda prezident seçkilərinə vaxtından əvvəl səsvermə keçirilir.
AZƏRTAC Özbəkistan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, vaxtından əvvəl səs vermək üçün vətəndaş yaşadığı ərazidə yerləşən seçki məntəqəsinə ərizə ilə müraciət edir, seçki günü yaşayış yerində olmadığının səbəbini göstərir və səsverməyə qatılır.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev də daxil olmaqla Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiyanın liderləri və nümayəndələri iştirak edir.
Bildirilir ki, Özbəkistanda səs hüququ olan 21 milyon vətəndaşın 40 min 328-i artıq vaxtından əvvəl seçkilərdə iştirak edib. Vaxtından əvvəl seçkilər oktyabrın 20-də başa çatır.
Xatırladırıq ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]