DÜNYA


Özbəkistanda qızılın qeyri-sənaye üsulu ilə çıxarılmasına icazə verilib

Daşkənd, 6 dekabr, АZƏRTAC

Özbəkistanda qızılın qeyri-sənaye üsulu ilə çıxarılmasına icazə verilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb və qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Sənəddə deyilir ki, bu məqsədlə sahəsi bir hektardan çox olmayan qızıl yataqları sahəsi ayrılacaq. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi bu işlə məşğul olmaq istəyən şəxslərə lisenziya verəcək, onlar bütün vergilərdən və məcburi ödənişlərdən azad ediləcəklər.

Bu işlə məşğul olan sahibkarlar qızılı və başqa qiymətli metalları Almalık Dağ-Mədən Kombinatına və Nəvai Dağ-Metallurgiya Kombinatına müqavilə qiymətləri ilə sata biləcəklər. Sahibkarlar qiymətli metalları zinət əşyaları istehsalçılarına sata bilmək hüququna da malikdirlər.

Özbəkistan Mərkəzi Bankının məlumatına görə, hazırda ölkə 13,9 milyard dollar dəyərində qızıl ehtiyatına malikdir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.