DÜNYA


Özbəkistanda tibbi sığortanın tətbiqi ilə bağlı təqdimat keçirilib

Daşkənd, 28 aprel, АZƏRTAC

Özbəkistanda tibbi sığortanın tətbiqi ilə bağlı təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, Sırdərya vilayət hakimiyyəti və Özbəkistan Dövlət Səhiyyə Sığortası Fondunun keçirdiyi tədbirdə vilayət hakimi Qafurjon Mirzayev ölkə səhiyyəsinin sığorta sisteminə keçməsi ilə bağlı pilot layihənin Sırdərya vilayətində reallaşdırılacağını bildirib. Pilot layihə bu il iyulun 1-dən fəaliyyətə başlayacaq və 2022-ci ilin sonunda başa çatacaq. O deyib ki, fond keçən ilin sonunda yaranıb və bu günədək çox böyük işlər görülüb.

Özbəkistan səhiyyə nazirinin birinci müavini Amrullo İnayatov, Ümumdünya Səhiyyə Təşkilatının Özbəkistandakı nümayəndəsi Liann Kuppes, maliyyə nazirinin müavini Camşid Abruyev, fondun direktoru Farrux Şaripov ölkə səhiyyəsinin sığorta sisteminə keçməsini böyük hadisə adlandırıblar.

Farrux Şaripov bildirib ki, Özbəkistan Avropanın və sığorta sisteminə keçən Müstəqil Dövlətlər Birliyi ölkələrinin təcrübəsindən istifadə etmək fikrindədir.

Xatırladırıq ki, Özbəkistan Azərbaycanın “ASAN Xidmət” brendindən istifadə etməklə Dövlət Xidmətləri Agentliyi yaradıb və uğurla fəaliyyət göstərir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.