CƏMİYYƏT


Özbəkistanda və Qazaxıstanda tanınan iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Daşkənd, 13 oktyabr, АZƏRTAC

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı təxribatları, bununla əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu, işğal altında olan Cəbrayıl şəhərinin, bir çox kəndlərimizin, strateji yüksəkliklərin azad edilməsi Azərbaycanda və ölkəmizdən kənarda yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaradıb.

Azərbaycanın Özbəkistandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan torpaqlarının azad edilməsi uğrunda igidliklə döyüşən ordumuza dəstək məqsədilə Özbəkistanda və Qazaxıstanda tanınan iş adamı, soydaşımız Mehdi Məmmədov Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Bununla bağlı məlumatda deyilir: “Rəşadətli ordumuzun əks-hücumları bizi sevindirir və yeni qələbələrə səsləyir. Əminik ki, Silahlı Qüvvələrimiz tezliklə Azərbaycan torpaqlarını işğaldan tam azad edəcək. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.