DÜNYA
Özbəkistanda və Qırğızıstanda Ramazan bayramı mayın 13-də keçiriləcək
Daşkənd, 12 may, АZƏRTAC
Özbəkistanda Ramazan bayramı milli və dini ənənələrə, həmçinin karantin qaydalarına uyğun olaraq, mayın 13-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sənəd imzalayıb.
Sənəddə bildirilir ki, Ramazan bayramı ilə əlaqədar bu il Özbəkistan əhalisi 4 gün - mayın 13-dən 16-dək istirahət edəcək.
Qırğızıstan Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, bu ölkədə də Ramazan bayramı mayın 13-də qeyd olunacaq.
Məlumatda bildirilir ki, koronavirus epidemiyası ilə bağlı bayram namazı karantin qaydalarına əməl olunmaqla İdarənin təyin etdiyi məscidlərdə qılınacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]