DÜNYA


Özbəkistanda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər ölüb

Daşkənd, 10 oktyabr, АZƏRTAC

Özbəkistanın Nəvai vilayətində yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər ölüb, üç nəfər ağır yaralanıb. Ölənlərin hamısı minik avtomobilinin sərnişinləridir, onlardan üçünün uşaq olduğu bildirilir.

AZƏRTAC Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Daewoo Nexia” markalı minik maşının sürücüsü idarəetməni itirərək əks yola çıxıb və yük maşını ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.