MƏDƏNİYYƏT
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib
Daşkənd, 1 avqust, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib.
Bayram münasibətilə AMM-də qurbanlar kəsilib, Mərkəz tərəfindən himayəyə götürülən kimsəsiz azərbaycanlı uşaqların da yaşadıqları və təhsil aldıqları Daşkənd şəhər 30 nömrəli internat evinə bayram sovqatı göndərilib.
Qeyd edək ki, AMM bundan başqa Daşkənd şəhərində yaşayan və maddi vəziyyəti zəif olan, aztəminatlı azərbaycanlı və özbək ailələrə də bayram sovqatları paylayıb.
Yerli azərbaycanlılar bu xeyriyyə aksiyasını yüksək qiymətləndirib, soydaşlarımıza göstərilən dəstəyə və diqqətə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd