MƏDƏNİYYƏT


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binası Azərbaycanın üçrəngli bayrağı rəngdə işıqlandırılıb

Daşkənd, 29 sentyabr, АZƏRTAC

Anım Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AMM-nin direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə bildirib ki, özündə Azərbaycan milli arxitekturasını və koloritlərini əks etdirən Mədəniyyət Mərkəzinin binasında Azərbaycan bayrağının rənglərinin nümayiş olunması şəhidlərimizin ruhu qarşısında bir daha hörmət və ehtiramı nümayiş etdirir.

Bu mənzərəyə baxmaq üçün Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, Özbəkistanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər Mədəniyyət Mərkəzinə gəliblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.