SİYASƏT
Özbəkistanın “Darakçi” qəzetində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş məqalə dərc edilmişdir
Daşkənd, 7 may (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin populyar “Darakçi” qəzetində
və “Sharh.uz” agentliyinin saytında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə bağlı məqalələr dərc edilmişdir.
Məqalələrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, abidələri, turizm potensialı haqqında ətraflı məlumat verilir.
Naxçıvanla bağlı fotoşəkillərin də yer aldığı məqalələrin mətnləri ilə http://darakchi.uz/article/1359,(http://sharh.uz/jamiyat/item/1225-naxichevan linklərindən tanış olmaq mümkündür.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd