MƏDƏNİYYƏT
Özbəkistanın “Kitob dunyasi” qəzetində Azərbaycanla əlaqədar materiallar dərc edilib
Daşkənd, 22 oktyabr, АZƏRTAC
Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetində Azərbaycanla əlaqədar materiallar dərc edilib.
AZƏRTAC xəbər verir ki, qəzetin birinci səhifəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla müsahibə yer alıb. Qəzetin ikinci səhifəsi tamamilə Azərbaycana həsr edilib. Səhifədə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın bu yaxınlarda Özbəkistana səfəri, Daşkənd şəhərində, Namanqan, Fərqanə və Əndican vilayətlərində görüşləri haqqında geniş məqalə çap edilib. Səhifədə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Azərbaycan-Özbəkistan əlaqələrinə dair məqaləsi də yer alıb.
Nəşrdə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin dosenti Adxambek Alimbekovun Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı Daşkənddə özbək dilində çap edilən kitablar haqqında məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd