MƏDƏNİYYƏT
Özbəkistanın “Kitob dunyasi” qəzetində Azərbaycanla əlaqədar materiallar dərc olunub
Daşkənd, 2 dekabr, АZƏRTAC
Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzeti Azərbaycanla bağlı materiallar dərc edib.
AZƏRTAC xəbər verir ki, qəzetdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Özbək poeziyasının qönçəsi” adlı məqaləsi nəşr olunub.
Məqalədə özbək şairəsi Nargiza Asadın Türkiyədə çap edilən “Müjdə” kitabı haqqında fikirlər yer alır, şairə özbək ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi təqdim olunur.
Yazıda Azərbaycan-özbək ədəbi əlaqələri, şair və yazıçılarımızın dostluğu haqqında da söhbət açılır.
Qəzetdə Azərbaycan şairi Səlim Babullaoğlunun şerləri də verilib. Şerləri orijinaldan Raxmat Bobojon tərcümə edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd