MƏDƏNİYYƏT
Özbəkistanın “Kitob dunyosı" qəzetində Azərbaycan aliminin Daşkənddə çapdan çıxan kitabı barədə məqalə işıq üzü görüb
Daşkənd, 28 may, AZƏRTAC
Özbəkistanın "Kitob dunyosı" qəzetində mərhum Azərbaycan alimi Qulamhüseyn Əliyevin Daşkənddə Azərbaycan və özbək dillərində çap edilən "Azərbaycan-özbək ədəbi əlaqələri (1920-60-cı illər)" kitabı haqqında alim və tərcüməçi Babaxan Şərifin məqaləsi çap olunub.
AZƏRTAC xəbər verir ki, bu kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Mashhur press” nəşriyyatında işıq üzü görüb.
Müəllif məqalədə Q.Əliyevin həyatı və yaradıcılığı haqqında məlumat verir, bu əsərin Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələri sahəsində qiymətli mənbə olduğunu bildirir.
Vurğulanır ki, kitabda “Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi kökləri”, “Azərbaycan-özbək ədəbi əlaqələri 1920-1960)” və “Ədəbi əlaqələrimizin yeni mərhələsi” adlı bölmələrdə əlaqələrimizlə bağlı zəngin materiallar var və bu kitab alimin gərgin əməyinin bəhrəsi nəticəsində meydana gəlib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd