DÜNYA


Özbəkistanın Qaraqalpaq Respublikasında havadan içməli su istehsal olunacaq

Daşkənd, 9 iyun, АZƏRTAC

Özbəkistanın Qaraqalpaq Respublikasında havadan içməli su istehsal olunacaq.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, Qaraqalpaqstanın Çimbay rayonunun meteostansiyasında havadan içməli su istehsal edən generator quraşdırılıb.

Bildirilir ki, havadan alınan su ekoloji cəhətdən təmizliyi və faydalılığı ilə bulaq suyundan fərqlənmir, insan həyatı üçün tam təhlükəsizdir.

Materialda bildirilir ki, Qaraqalpaq Respublikasının digər rayonlarında, Xarəzm vilayətində və içməli su problemi olan digər regionlarda da belə generatorların quraşdırılması nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.