DÜNYA


Özbəkistanın bir sıra ölkələrə olan beynəlxalq reysləri dayandırılıb

Daşkənd, 5 dekabr, AZƏRTAC

Dünya ölkələrində epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar Özbəkistan dekabrın 4-dən gələn il yanvarın 10-dək Cənubi Afrika Respublikası, Botsvana, Namibiya, Zimbabve, Mozambik, Madaqaskar, Lesoto, Esvatini, Tanzaniya və Honkonqa olan giriş, çıxış və tranzit reyslərini dayandırıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sözügedən ölkələrin vətəndaşları, bu dövlətlərdə yaşayan, ancaq vətəndaşlığı olmayan şəxslər, həmçinin 14 gün ərzində bu ölkələrdə olan üçüncü ölkə vətəndaşları Özbəkistan ərazisinə buraxılmayacaq.

Məlumatda bildirilir ki, bu ölkələrdə epidemioloji vəziyyət yaxşılaşdıqca beynəlxalq reyslər bərpa olunacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.