DÜNYA


Özbəkistanin güc strukturlarında kadr dəyişikliyi olub

Daşkənd, 11 fevral, АZƏRTAC

Özbəkistan hökumətində kadr dəyişiklikləri olub.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-leytenant Abdusalom Azizov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sədri təyin edilib. İndiyədək DTX-nin sədri olan İxtiyar Abdullaev isə səhhəti ilə əlaqədar vəzifədən gedib.

Bundan əvvəl Daşkənd Hərbi Dairəsinin komandanı olan Baxodir Kurbanov yeni müdafiə naziri təyin olunub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu təyinatlarla bağlı Fərman imzalayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.