SİYASƏT


Özbəkistanın milli informasiya agentliyi Azərbaycanla əlaqələrin inkişafından bəhs edən müsahibə yayıb

Daşkənd, 14 oktyabr, АZƏRTAC

Özbəkistanın UzA milli informasiya agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyevin müsahibəsini verib.

AZƏRTAC xəbər verir ki, “Özbəklər və azərbaycanlılar bir-birinə çox yaxın xalqlardır” sərlövhəli müsahibədə ölkələrimiz arasında əlaqələrin durmadan genişləndiyi qeyd olunur. Bildirilir ki, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq inkişaf edir və bu da dövlətlərimizin və xalqlarımızın mənafeyinə uyğundur. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət sahələrində xalqlarımızın çoxəsrlik ənənələri yaranıb. Azərbaycanlılar özbək mədəniyyətinə, musiqisinə maraq göstərirlər. Özbəklərin elə bir toyu olmaz ki, orada bir neçə Azərbaycan musiqisi səslənməsin. Özbəkistanda keçirilən beynəlxalq musiqi festivalında Azərbaycandan gələn musiqiçilər, bir qayda olaraq, yüksək yerlər tuturlar. Özbək musiqiçiləri də Azərbaycanda mükafatlara layiq görülürlər.

Müsahibədə səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında da söhbət açılır. Bildirilir ki, səfirliyin birinci katibi Samir Abbasov mərkəzə uğurla rəhbərlik edir. Humanitar sahədə əlaqələrin dərinləşdirilməsində bu mərkəzin böyük rolu var. Belə ki, mərkəzdə Azərbaycan dili kursu, müxtəlif dərnəklər fəaliyyət göstərir və uşaqlar burada pulsuz məşğul olurlar. “Azərbaycan qızları” rəqs ansamblı müxtəlif tədbirlərdə çıxış edir və həmişə də uğur qazanırlar. Bundan başqa, mərkəzdə Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi fəaliyyət göstərir və Daşkənddəki məktəblərin şagirdləri müntəzəm olaraq kollektiv şəkildə gəlib bu muzeylərə baxırlar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.