İQTİSADİYYAT


Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub

Bakı, 29 iyul, AZƏRTAC

Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov, eləcə də Qazaxıstanın bir sıra yüksək vəzifəli şəxsləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsinə baş çəkiblər. Onlar Qazaxıstanın Kurık limanında gəmi ilə yaxından tanış olublar.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, kapitan Ayaz Pirmuradov gəmi-bərənin imkanları və texniki göstəriciləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, ASCO-nun Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi bu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilib.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.