SİYASƏT


Özbəkistanın portalı: Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Ermənistan iqtisadiyyatı itirəcək

Daşkənd, 4 fevral, АZƏRTAC

Özbəkistanın tnews.uz portalı “Berlin Economics” şirkətinin tədqiqatları əsasında rus dilində “Dağlıq Qarabağ münaqişəsi davam etdikcə Ermənistan iqtisadiyyatı nələri itirəcək” sərlövhəli məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tam tənzimlənməsinin Ermənistana iqtisadi, sosial və digər sahələrdə gətirəcəyi faydalardan bəhs edilir. Qeyd olunur ki, münaqişə ilə əlaqədar Ermənistana sərmayə qoymaq istəyən şirkətlərin sayı çox azdır. Əgər münaqişə həll olunsa, Ermənistana investisiya qoyuluşu da artar. Həmçinin Ermənistanın Türkiyə ilə ticarət əlaqələri də qaydaya düşər.

Məqalədə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi barədə ətraflı məlumat verilir. Münaqişə nəticəsində ölənlər, yaralananlar, dağıdılan abidələr, muzeylər haqqında söhbət açılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.