CƏMİYYƏT
Özbəkistanın prokurorluq orqanları ilə əməkdaşlıq intensiv şəkildə davam etdiriləcək
Daşkənd, 14 aprel, AZƏRTAC
Baş prokuror Kamran Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti tərəfindən Daşkənddəki səfirlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin yekununda iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin bundan sonra daha intensiv şəkildə, o cümlədən Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurası çərçivəsində təlim-tədris səfərləri formatında davam etdirilməsi qərara alınıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd