Özbəkistanın quru meyvələri Azərbaycanda qablaşdırılaraq ixrac olunacaq
AzerTAg.az

Bakı, 8 aprel, AZƏRTAC
Daşkənddə "INNOPROM: Özbəkistanda Böyük Sənaye Həftəsi" sərgisi keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də iştirak ediblər. Qurumun təmsilçiləri sərgi iştirakçıları ilə görüşlər keçirib, qarşılıqlı ixrac və investisiya qoyuluşunun artırılması barədə fikir mübadiləsi aparıblar.
Belə ki, “Hakan Aqro Invest”, “Sunny Land Products” (Bonaf), “Eximsol” şirkətləri ilə Ələt Azad İqtisadi Zonasında və ya sənaye parklarında Özbəkistan istehsalı olan quru meyvələrin qablaşdırmasının həyata keçirilməsi və 3-cü ölkələrə ixrac olunması imkanları barədə müzakirələr olub. Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə təşkil edilmiş görüşdə isə investisiyaların cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb, birgə potensial investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunub.
Xəbərin mətnində orfoqrafik səhv var