ELM VƏ TƏHSİL


Özbəkistanın tanınmış alimi Ədəbiyyat İnstitutunda magistrant və doktorantlar üçün seminar keçirib

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistanın tanınmış alimi, professor Həmidulla Baltabayevin “Özbək ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi” mövzusunda seminarı olub.

Bu barədə AZƏRTAC-a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli magistrant və doktorantlar üçün təşkil olunmuş seminara dəvəti qəbul etdiyinə görə professor Həmidulla Baltabayeva minnətdarlığını bildirib.

Seminarda Təhsil şöbəsinin müdiri sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, filologiya elmləri doktoru Yaşar Qasımbəyli və başqa alimlər iştirak ediblər.

Özbəkistan alimi Ədəbiyyat İnstitutunun doktorant, dissertant və magistrantlarının suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.