QAN YADDAŞI


Özbəkistanın xəbər portalı Xocalı faciəsindən yazıb

Daşkənd, 1 mart, АZƏRTAC

Özbəkistanın “interpress.uz” xəbər portalı öz səhifəsində Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı rus dilində “Xocalı soyqırımı-yaddaşımızın qanlı faciəsi” sərlövhəli geniş məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, material “Qısa tarixi qeyd”, “Xocalı faciəsinə aparan yol”, “Silahsız insanların Xocalı sevgisi”, “Xocalı soyqırımının yetişməsi”, “Xocalı soyqırımı-qanlı gecə”, “Hiyləgər erməni, terrorçu millət...!”, “Xocalı dünya ictimaiyyətinin gözü ilə”, “Azərbaycan xalqı bir şey istəyir-Xocalıya ədalət” adlı yarımsərlövhələrə ayrılıb.

Yazıda Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğu bildirilir, erməni cəlladları və onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilən vəhşiliklər, meyitlərin təhqir edilməsi, əsirlərimizə amansız işgəncələr verilməsi barədə danışılır.

Məqalədə bildirilir ki, bu soyqırımı ХХ əsrin Xolokost, Xatın, Lidisa, Oradur və Sonqmi kimi qanlı faciələri ilə müqayisə oluna bilər. Bu faciə təsadüfi hadisə deyil. Ermənilər aylarla bu soyqırımına hazırlaşıblar. Bu faciəni törətməklə ermənilər Azərbaycan xalqını qorxutmaq məqsədi güdüblər, işğal olunan tarixi ərazilərimizin itirilməsi ilə xalqın barışmağını istəyiblər. Ancaq ermənilər bunu edə bilmədilər, Azərbaycan xalqı bu müddətdə daha da gücləndi və 44 gün ərzində torpaqlarını işğaldan azad etdi.

Məqalədə Qarabağ münaqişəsinin tarixi, ermənilərin “Dənizdən dənizə” xülyaları, digər qonşu dövlətlərə torpaq iddiaları haqqında da məlumat verilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.