SİYASƏT


Özbəkistanın xəbər portallarında cəbhə xəttində müharibənin başa çatması barədə məqalələr yerləşdirilib

Daşkənd, 11 noyabr, АZƏRTAC

Özbəkistanın “kun.uz”, “human.uz”, “qalampir.uz” və “tnews.uz” xəbər portallarında cəbhə xəttində müharibənin başa çatması haqqında özbək və rus dillərində məqalələr yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanatı qeyd olunur.

Bildirilir ki, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

Vurğulanır ki, Ermənistan bu il noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək isə Laçın rayonunu Azərbaycana qaytaracaq.

Yazılarda qeyd olunur ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqə yaratmaq üçün 5 kilometr enində Laçın dəhlizi olacaq və dəhlizə Rusiya sülhməramlı kontingenti nəzarət edəcək.

“Qalampir.uz” portalı yazır ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısı müraciətdə bəyanatın qəbul edilməsi, müharibənin başa çatması, Azərbaycanın qələbə çalması haqqında məlumat verib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.