DÜNYA


Özbəkistanla Cənubi Koreya arasında bir milyard dollar dəyərində kredit sazişi imzalanıb

Daşkənd, 29 yanvar, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Cənubi Koreyanın Prezidenti Mun Çje İn arasında videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ölkələr arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bildirilib ki, bu il koreyalı tərəfdaşlarla Özbəkistanda 400 milyon dollar həcmində investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Bundan başqa, Özbəkistanda energetika, neft-qaz kompleksi, kimya, neft-kimya-əczaçılıq, emal sənayesi, kənd təsərrüfatı, infrastrukturların modernləşdirilməsi, nəqliyyat və logistika, turizm və digər sahələrə 3,4 milyard dollar həcmində sərmayə yatırılması ilə əlaqədar hazırlıq işləri aparılır.

Görüşün sonunda tərəflər arasında Özbəkistanda rəqəmsallaşma sahəsində əməkdaşlıq istiqamətində Özbəkistanla Cənubi Koreyanın EDCF Fondu arasında üçillik proqram çərçivəsində 1 milyard dollar dəyərində kredit sazişi imzalanıb.

Görüş çərçivəsində Özbəkistanda energetika obyektlərinin modernləşdirilməsi sahəsində ölkələrin aparıcı şirkətləri arasında saziş də imzalanıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.