DÜNYA


Özbəkistanla Qazaxıstan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub

Daşkənd, 15 aprel, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistanda rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Kasım-Jomart Tokayevlə görüşündə ölkələr arasında siyasi, ticari-iqtisadi, nəqliyyat, yanacaq-energetika, su-energetika, sənaye kooperasiyası, turizm, həmçinin regionda təhlükəsizliyin, Aral dənizinin dirçəldilməsi istiqamətində birgə fəaliyyət, Əfqanıstanda sülhün və sabitliyin qorunması məsələləri geniş müzakirə olunub.

Görüşdə bildirilib ki, Özbəkistan və Qazaxıstan Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli formatda uğurla əməkdaşlıq edir.

Şavkat Mirziyoyev deyib ki, son iki ildə ölkələrimizin regionları və biznes dairələri arasında tərəfdaşlıq münasibətləri yeni səviyyəyə qalxıb. Belə ki, 2018-ci ildə dövlətlər arasında ticarət mübadiləsi 50 faiz artıb.

Qazaxıstan Prezidenti bildirib ki, hazırda ölkələrimiz arasında ticarət dövriyyəsi 3 milyard dollar təşkil edir. Yaxın illərdə bu rəqəmi 5 milyard dollara çatdırmaq əzmindəyik.

Görüşün sonunda bütün sahələrdə əlaqələrin genişləndirilməsi ilə bağlı sənədlər imzalanıb, dövlət başçıları birgə bəyanat qəbul edib.

Sonra prezidentlər Özbəkistanda Qazaxıstan ilinin açılışında iştirak ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.