DÜNYA


Özbəkistanla Qazaxıstan arasında əmtəə mübadiləsinin həcmi 10 milyard dollara çatdırılacaq

Daşkənd, 6 dekabr, АZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qazaxıstana səfəri başa çatıb.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə tranzit, logistika, energetika, su və kənd təsərrüfatı, mədəni-humanitar, maşınqayırma, elektrotexnika, kimya və toxuculuq sənayesi, əczaçılıq, regionlararası əməkdaşlıq və digər sahələrdə münasibətlərin genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Bildirilib ki, hazırda Özbəkistan kapitalı ilə Qazaxıstanda 1400 müəssisə fəaliyyət göstərir.

Dövlət başçıları Uçkuduk-Kızılorda avtomobil və dəmir yolunun, həmçinin Türküstan-Çimkənd-Daşkənd sürətli dəmir yolu layihəsinin tikintisinin tezləşdirilməsi ilə bağlı razılıq əldə ediblər.

Prezidentlər yaxın 5 ildə ölkələr arasında əmtəə mübadiləsi həcminin 10 milyard dollara çatdırılmasını qərara alıblar.

Səfər çərçivəsində keçirilən biznes-forumda Özbəkistanla Qazaxıstan arasında 5,9 milyard dollar həcmində sənəd imzalanıb.

Ümumiyyətlə, səfər çərçivəsində bütün sahələri əhatə edən 22 sənədə imza atılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.