DÜNYA


Özbəkistanla Tacikistan arasında 730 milyon dollar həcmində müqavilə imzalanıb

Düşənbə, 10 iyun, АZƏRTAC

Bu gün Tacikistanın Boxtar şəhərində keçirilən Özbəkistan-Tacikistan birinci Regionlararası İnvestisiya Forumunda 730 milyon dollar həcmində müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, Forumda Tacikistan Baş nazirinin birinci müavini Davlatali Said, Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov, hər iki ölkədən nazirlər, banklar rəhbərləri, həmçinin 300-dən artıq sahibkar iştirak edib.

Forumda nizamnamə kapitalı 50 milyon dollar olan Özbəkistan-Tacikistan İnvestisiya Fondunun yaradıldığı elan olunub.

Tərəflər birgə avtomobil zavodunun, həmçinin transformator, məişət texnikası, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı istixana komplekslərinin və müəssisələrinin yaradılması haqqında razılıq əldə ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.