İDMAN


Özbəkistanlı Olimpiya çempionu: Azərbaycan xalqı çox qonaqpərvərdir

Bakı, 14 mart, AZƏRTAC

Hər dəfə Bakıya böyük məmnuniyyətlə gəlirəm. Burada özümü evimdəki kimi hiss edirəm. Azərbaycan xalqı çox qonaqpərvərdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən kişilər və qadınlar arasında idman gimnastikası üzrə dünya kuboku yarışlarında iştirak edən özbəkistanlı Olimpiya çempionu Oksana Çustovitina deyib.

Dayaqla tullanma yarışının final mərhələsinə vəsiqə qazanan təcrübəli idmançı güclü rəqabətin olduğunu bildirib: “Burada Olimpiada üçün xal toplayırıq. Ona görə də çox güclü rəqabət var. Xallar arasında fərq çox azdır. Buna görə də sonadək mübarizə aparmaq lazımdır. Final mərhələsinə vəsiqə qazandığım üçün şadam. Finalda daha yaxşı çıxış etməyə çalışacağam”.

Olimpiya Oyunlarının yeddiqat iştirakçısı olan 44 yaşlı O.Çustovitina Azərbaycan Gimnastika Federasiyasının uğurlu fəaliyyətindən heyranlıqla danışaraq deyib: “Bakıda çoxsaylı gimnastika yarışları keçirilir. Bu baxımdan ölkənizə həsəd aparıram. Nə vaxtsa Özbəkistanda da idman gimnastikası üzrə hansısa beynəlxalq yarışın keçiriləcəyinə ümid edirəm".

Dörd gün davam edəcək turnirdə 41 ölkədən 170 gimnast mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.