İQTİSADİYYAT
“Özbəkneftqaz”ın təmsilçisi: Biz neft-qaz bazarının aparıcı aktorları ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq istəyirik VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
“Özbəkneftqaz” şirkəti neft və qaz sahəsində fəaliyyətin geniş spektri ilə, o cümlədən geoloji kəşfiyyat, hasilat, qazma, eləcə də neft-qaz məhsullarının təkrar emalı və satışı ilə məşğuldur. Şirkətdə Özbəkistanın bütün regionlarından təqribən 50 min əməkdaş çalışır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edən “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin departament rəhbəri Cəmaləddin Umurzakov bildirib.
C.Umurzakov vurğulayıb ki, şirkət son illər ərzində sərgidə fəal iştirak edir. O deyib: “Biz sərgi sayəsində həm Özbəkistan ərazisində, həm də xaricdə perspektivli investisiya layihələrinin icrası daxil olmaqla, neft-qaz bazarının aparıcı aktorları ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq istəyirik”.