İQTİSADİYYAT


Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 4 may, AZƏRTAC

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Şahin Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, İslam İnkişaf Bankı (İİB), o cümlədən İİB Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlıq etdiyini, özəl sektorda bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb.

Korporasiya tərəfindən Azərbaycanda özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib, Azərbaycanda sahibkarlığa göstərilən dəstək tədbirləri, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti barədə məlumat verilib. Əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirən nazir sənaye və kənd təsərrüfatı sahəsində, o cümlədən Sumqayıt Kimya Sənaye Parkı və aqroparklarla əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Xalid Məhəmməd əl Əbudi ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığından məmnunluğunu bildirib, qurumun fəaliyyəti və Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.