ELM VƏ TƏHSİL


Özəl orta ixtisas təhsili müəssisələrinə qəbul planı yüz faiz dolub

Bakı, 18 avqust, AZƏRTAC

Ümumi orta təhsil bazasında özəl orta ixtisas təhsili müəssisələrinə (kolleclər) Azərbaycan bölməsi üzrə 280, rus bölməsi üzrə isə 20 nəfər olmaqla cəmi 300 abituriyent qəbul olub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, özəl orta ixtisas təhsili müəssisələri üçün qəbul olma planı 100 faiz dolub. Belə ki, özəl kolleclərə 300 yer qəbul planı ayrılıb.

Qeyd edək ki, abituriyentlər 2022-ci il 22 avqust 12:00-dan 1 sentyabr saat 23:59 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.