İQTİSADİYYAT


Özəl sahibkarlığın inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasındadır

Bakı, 23 may, AZƏRTAC

Dövlət başçısının rəhbərliyi ilə aparılan dərin islahatlar azad və ədalətli rəqabət mühitinin yaradılmasını şərtləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hazırda inkişafının yeni mərhələsinə qədəm qoyur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin iqtisadi potensialının davamlı surətdə artırılması üçün lazımi şərait yaradıb, ölkəmizdə dayanıqlı və sabit iqtisadi sistemin formalaşdırılmasını təmin edib. Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində reallaşdırılmış kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun təkcə Azərbaycan üçün ənənəvi sferalarda deyil, həm də milli iqtisadiyyatımızın yeni hesab edilə biləcək sahələrdə hərtərəfli inkişafı daha da sürətləndirib.

Dünyada formalaşan yeni iqtisadi şəraitdə Azərbaycanın sabit və davamlı inkişafını təmin edəcək Yeni Strateji Yol Xəritəsi çərçivəsində həyata keçirilən islahatlar ölkəmizin iqtisadi potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, respublika əhalisinin rifah halının yüksəldilməsi baxımından böyük əhəmiyyətə malikdir. Odur ki, ölkəmizin zəngin iqtisadi potensialının istifadə effektivliyinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, məşğulluğun təmin olunması nöqteyi-nəzərdən özəl sahibkarlığın rolu böyükdür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə sahibkarlar üçün əlverişli biznes, investisiya, azad və ədalətli rəqabət mühitinin yaradılmasına həmişə böyük önəm verir, dəstəyini heç zaman əsirgəmir.

Odur ki, dövlət başçısı tərəfindən həyata keçirilən daxili və xarici siyasətə hər zaman sadiq olan, cəmiyyətimizin fəal hissəsini təmsil edən sahibkarlar əmindirlər ki, növbəti yeddi ildə də Prezident İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatımızın inkişafının Azərbaycan modeli öz böyük nailiyyətləri sayəsində tərəqqinin yeni zirvəsinin möhkəm təməli olacaq.

Azərbaycan iqtisadiyyatı ildən-ilə möhkəmlənir, onun daxilində keyfiyyət dəyişiklikləri baş verir, respublikamızda vətəndaş həmrəyliyi güclənir, sabitlik hökm sürür. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan düşünülmüş dövlət siyasəti nəticəsində mümkün olmuşdur. Dövlət başçısı çox düzgün qeyd etmişdir ki, ölkəmiz bu gün əsl sabitlik adasıdır: “Dünyada təhdidlər artır, münaqişələr alovlanır, Azərbaycan isə sabitlik, inkişaf adasıdır”. Bu inkişafı və sabitliyi qorumaq hər birimizin borcudur.

Loğman Zülfüqarlı

“Bakı İnşaat Sənaye” ASC-nin təsisçisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.