ELM VƏ TƏHSİL


Özəl sektor tərəfindən ali təhsil müəssisələrinə ayrılan maliyyə vəsaitinin həcmi açıqlanıb

Bakı, 15 iyul, AZƏRTAC

Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini təqdim edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib.

Sorğuda 2014-2018-ci illər ərzində özəl sektor tərəfindən ali təhsil müəssisələrinə ayrılan maliyyə vəsaitlərinin həcmi, növləri və mənbələri barədə məlumat əldə olunub. Sorğunun nəticələri ilə infoqrafikada tanış olmaq mümkündür.

Xatırladaq ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.