İQTİSADİYYAT


Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib

Bakı, 30 sentyabr, AZƏRTAC

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə bu ilin yanvar-avqust aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, səkkiz ay üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda təmsil olan şirkətlərə “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Alüminium” MMC, “Baku Steel Company” MMC, “P-Aqro” MMC, “Almeyvə” MMC, Şirinov Elvin Valeh oğlu, “Mors Trading” MMC, “Rose Servis” MMC, “Şimal AqroPark” MMC daxildir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti kimi şirkətlər təmsil olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.