MƏDƏNİYYƏT


“Özünü kəşf et” adlı ustad dərslərinin fevral proqramı açıqlanıb

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərslərinin fevral proqramı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, ilk dərs fevralın 2-də Gülarə İsrafilovanın iştirakı ilə “Abstrakt portret” mövzusuna həsr ediləcək.

Növbəti dərslər fevralın 9-da Miraslan Zeynin iştirakı ilə “Fiqurativ və abstrakt”, 16-da Anar Hüseynzadənin iştirakı ilə “Sərhədsiz Abşeron”, 23-də isə Gülnarə Ələkbərlinin iştirakı ilə "Linoqravüra" mövzularına həsr olunacaq.

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.