REGİONLAR


Özünüməşğulluq proqramı çərçivəsində daha bir neçə rayonda 160 ailəyə mal və materiallar verilib

Qəbələ, 9 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Noyabrın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonunda biznes planları müsbət qiymətləndirilmiş şəxslərə aktivlər təqdim olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir sıra rayonlar (Qəbələ, Laçın, Qax, Tərtər, Biləsuvar, Şamaxı, Kürdəmir və s.) üzrə 160 proqram iştirakçısı mal və materiallarla təmin olunub. Son bir ayda artıq 37 rayon üzrə 800-ə yaxın proqram iştirakçısının kiçik ailə təsərrüfatları qurulub.

Onların bir hissəsini məcburi köçkün və şəhid, habelə aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olanlar, sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar təşkil edib.

Mal və materiallarla təmin olunanların böyük əksəriyyəti biznes-planlarına uyğun şəkildə heyvandarlıqla məşğul olmaq üçün iri və kiçikbuynuzlu mal-qara ilə təmin edilib. Həmçinin bir qisminə arıçılıqla məşğul olmaq üçün arı ailələri və lazımi materiallar, avadanlıqlar verilib.

Digər iştirakçılar isə müvafiq materiallar təqdim edilməklə müxtəlif xidmət sahələri üzrə kiçik ailə bizneslərini formalaşdırıblar. Yaradılan fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri ilə gəlirlərini artırmalarına şərait yaradıb.

İşsiz və işaxtaran insanlar, onların ailə üzvləri bu gün ölkəmizdə sosial cəhətdən həssas qrupların həyat şəraitinin yaxşılaşdırılması üçün aparılan fəal və ardıcıl dövlət siyasətinə, o cümlədən aztəminatlı ailələrin kiçik təsərrüfatlara və bununla gəlirlərini artırmaq imkanlarına malik olmaları üçün mal-materiallar formasında göstərilən dövlət dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Proqram çərçivəsində aktivlərin verilməsinə bu il oktyabrın 11-dən başlanılıb. Ötən bir ay ərzində artıq 800-ə yaxın işsiz və işaxtaran şəxsin fərdi təsərrüfatlarının qurulması təmin olunub.

Hazırda bu proses davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.