REGİONLAR


Özünüməşğulluq proqramı çərçivəsində ötən il Qaxda 47 ailəyə mal və materiallar verilib

Qax, 5 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası çərçivəsində 2018-ci ildə Qax rayonunda 47 aztəminatlı ailə aktiv əmək bazarına cəlb olunaraq özünüməşğulluq imkanlarına yiyələnib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Məşğulluq Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən bu şəxslər əsasən, məcburi köçkün və şəhid, həmçinin aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olanlardır.

Proqram çərçivəsində heyvandarlıqla məşğul olmaq istəyən 33 ailənin hər birinə 2 baş yanı balalı, iribuynuzlu, 10 ailənin hər birinə isə 21 baş xırdabuynuzlu heyvan təqdim olunub. Bundan əlavə, 2 nəfərin hər birinə 15 arı ailəsi, 2 nəfər şirniyyatçı qadına isə zəruri avadanlıq verilib. Bu ailələr artıq öz kiçik biznes təsərrüfatlarını yaradıblar.

Qurumdan verilən məlumata görə, “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən daha 9 nəfərə də yaxın vaxtlarda aktivlər təqdim olunacaq.

Qeyd edək ki, 2018-ci ildə rayon Məşğulluq Mərkəzində 719 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Qurum tərəfindən ötən il 303 işaxtaran vətəndaş müvafiq işlə təmin olunub, 17 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.