CƏMİYYƏT


Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını quran şəxslərin əl işlərindən ibarət “Bazarını yarat” adlı sərgi-satış yarmarkası keçirilir.

Sərgi-satış yarmarkasının məqsədi aztəminatlı ailələrə hazırladıqları məhsulların satışında və qazanc əldə etmələrində kömək göstərməsidir. AZƏRTAC xəbər verir ki, bunu KİV nümayəndələrinə Bakı Şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərova bildirib.

Qeyd olunub ki, yarmarkada özünüməşğulluq proqramı iştirakçıları ilə bərabər, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən 5 sahibkar və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin üzvləri olan sağlamlıq imkanları məhdud uşaqlar da iştirak edirlər: “Yarmarkada ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər, araxçınlar, şirniyyat məmulatları təqdim olunub. “Bazarını yarat” yarmarkasının mütəmadi olaraq keçirilməsi planlaşdırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.