REGİONLAR


Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edilib

Sumqayıt, 30 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün də Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətlər üzrə mal və materiallarla təmin olunublar. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.

Son bir həftə ərzində isə agentlik tərəfindən bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib.

Ümumilikdə agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 1006 şəhid ailəsi, qazi və onun ailə üzvünün özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.

Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.