CƏMİYYƏT


Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur

Bakı, 18 sentyabr, AZƏRTAC

Özünüməşğulluq proqramına cəlb edilmiş aztəminatlı ailələrə aktivlərin verilməsi prosesi sürətlə davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının bir neçə rayonunda proqram iştirakçıları üçün heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlar qurulub. Vətəndaşlara onlara təqdim ediləcək aktivləri seçmək imkanı da yaradılıb.

2020-ci ildə özünüməşğulluq proqramına cəlb edilən və xırdabuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlə təmin edilən Vidadi Daşdəmirov yaradılan şəraitə və dəstəyə görə minnətdarlığını ifadə edib. Ağamirzə Əliyev də bu gün aktivlə təmin edilən şəxslərdəndir. O, təsərrüfatını daha da inkişaf etdirəcəyini bildirib. Biznes-planlarının qiymətləndirilməsindən uğurla keçən iştirakçılardan Böyükağa Əsədov və Əlövsət İbrahimova isə iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər verilib. Təsərrüfatları üçün heyvanları özləri seçən proqram iştirakçıları bu sahəni inkişaf etdirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il kənd təsərrüfatı üzrə 1100-dən çox proqram iştirakçısı üçün kiçik təsərrüfatlar yaradılıb. Yaxın zamanda istehsal və xidmət sahəsi üzrə də aktivlərin paylanması həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.