CƏMİYYƏT


Özünüməşğulluq proqramının iştirakçıları Ağdamda öz təsərrüfatlarını daha da genişləndirəcəklər

Bakı, 20 noyabr, AZƏRTAC

Daha bir rayonumuz – Ağdam erməni faşizminin işğalından azad oldu və bu rayondan olan həmvətənlərimizin də yurd həsrətinə son qoyuldu. Onların sırasında xeyli sayda özünüməşğulluq proqramı iştirakçıları da var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indi sonsuz sevinc, qürur hissi ilə dədə-baba ocaqlarına qayıtmağa hazırlaşan həmin vətəndaşlar özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Ağdama aparacaqlar. Kiçik ailə təsərrüfat və müəssisələrini öz rayonlarında genişləndirəcəklər.

Düşmən işğal etdiyi yurd yerlərimizdəki infrastrukturu vəhşicəsinə dağıdaraq yerlə-yeksan etsə də, artıq azad günlərinə qovuşan torpaqlarımız, o cümlədən Ağdam yenidən bərpa olunacaq, dirçələcək, abadlaşacaq. Həmin bölgələrdə sosial-iqtisadi həyat yenidən canlanacaq, inkişaf edəcək.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfat və müəssisələr də bu prosesə öz töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.