CƏMİYYƏT


Özünüməşğulluq proqramının iştirakçıları onlayn maarifləndirmə tədbirindən yararlanıblar

Bakı, 7 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə növbəti onlayn maarifləndirmə tədbiri keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzindən aqrar sahəyə dair məlumatlandırıcı çıxış ediblər. Onlayn maarifləndirmə tədbirinə aqrar sektorda fəaliyyət göstərən sahibkarlarla yanaşı, özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahələri üzrə ailə təsərrüfatlarını yaratmış vətəndaşlar da cəlb ediliblər.

Tədbir çərçivəsində aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması barədə məlumatlar verilib. Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni subsidiya qaydaları barədə məlumatlandırma işi aparılıb.

İştirakçıların müvafiq mövzularda sualları da cavablandırılıb. Ümumilikdə, onlayn maarifləndirmə tədbirindən Bakı və bölgələrdə 1300-dən çox sahibkar və proqram iştirakçısı yararlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.