CƏMİYYƏT
Özünüməşğulluq proqramının zərflər siyahısına aqroturizm də əlavə olunub
Bakı, 14 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, zərflər siyahısına yeni bir istiqamət olaraq aqroturizm də əlavə olunub.
Aqroturizmlə məşğul olmaq istəyən şəxslər özünüməşğulluq imkanlarının qiymətləndirilməsi üçün Bakı şəhəri üzrə DOST Mərkəzlərinə, regionlar üzrə isə Regional Məşğulluq Filiallarına müraciət edə bilərlər.
Aqroturizm fəaliyyətinə başlamaq istəyən şəxslərə bu xidmətin göstərilməsi və təşkili üçün ilk olaraq lazımı məlumatlar öyrədilir, daha sonra isə aktivlərlə təmin edilirlər.
Bu sahənin özünüməşğulluq proqramına daxil edilməsinin əsas səbəbi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılmasıdır.
Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]