DÜNYA
PAKİSTANDA ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ 57 MİNDƏN ÇOX ADAM HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Pakistanda oktyabrın 8-də baş vermiş zəlzələ nəticəsində 57 mindən çox adam həlak olmuşdur. Bunu ölkənin Baş naziri Şövkət Əziz Pakistan Milli Məclisində (parlamentdə) bildirmişdir.
Son 100 ildə Cənubi Asiyada baş vermiş bu ən güclü (7,6 bal) zəlzələ Pakistan Kəşmirində və Şimal-Qərb sərhəd əyalətində böyük dağıntılara səbəb olmuşdur. Yüz minlərlə adam evsiz-eşiksiz qalmış, minlərlə sakin yaralanmışdır.
Bundan əvvəl Pakistan rəhbərləri 55 min adamın həlak olduğunu və 78 min nəfərin yaralandığını bildirmişdilər. Yerli hakimiyyət orqanları hesab edirlər ki, ucqar dağlıq rayonlardan məlumat alındıqdan sonra bu göstəricilər xeyli artacaqdır.
Rəsmi məlumata görə, Hindistanın Cammu və Kəşmir ştatında təbii fəlakət nəticəsində 1309 nəfər həlak olmuş, 6622 adam yaralanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]