Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ

Hörmətli cənab Prezident, 

Pakistan İslam Respublikasının milli bayramı – Pakistan günü münasibətilə Sizi və qardaş Pakistan xalqını təbrik edirəm.

Azərbaycan ilə Pakistan arasında yaranmış möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimiz xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin