REGİONLAR
PAMBIQÇILIĞA MARAQ ARTIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Biləsuvarda bu mцvsьmdə 7 min hektar sahəyə çiyid səpilməsi nəzərdə tutulmuşdur. 1000 nəfərdən çox torpaq mülkiyyətçisi artıq emal müəssisələri ilə müqavilə bağlamışdır. Tarlalarda şum qaldırılmış, toxum tədarük olunmuş və texnika yaz-tarla işlərinə hazırlanmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün rayonda pambıq əkini sahələrinin 10 min hektara, məhsul istehsalı həcminin isə 20 min tona çatdırılması proqnozlaşdırılmışdır. Цtən il əvvəlki ildəkindən 3 min 626 hektar зox - 10 min 340 hektar sahədə pambıq yetişdirilmiş, 5 min 890 ton artıq - 17 min 531 ton “ağ qızıl” yığılmışdır. Pambıqçılıqla məşğul olan sahibkarlar müqayisə edilən dövrdəkindən xeyli çox - 26296,5 milyon manat (köhnə manatla) qazanc götürmüşlər. “CTZ AQRO” Açıq Səhmdar Cəmiyyəti sahənin inkişaf meylini nəzərə alaraq, burada özünün daimi fəaliyyət göstərəcək yerli bölməsini yaratmışdır.