RƏSMİ XRONİKA
PAMBIQÇILIĞIN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNUR
PREZİDENT APARATINDA MÜŞAVİRƏ
Müşavirəni giriş sözü ilə respublika Baş nazirinin müavini Abbas Abbasov açdı.
Respublika kənd təsərrüfatı naziri M.Abdullayevin, “Azərenerji” Dövlət Şirkətinin prezidenti M.İmanovun, Meliorasiya Su Təsərrüfatı Komitəsinin sədri Ə.Əhmədzadənin məlumatları dinlənildi. Müşavirəsə Bərdə rayon icra hakimiyyətinin başçısı A.Abdıyev, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Ş.Həsənov, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru F.Məmmədov, Kürdəmir rayon aqrokombinatının baş direktoru B.Dünyamalıyev, Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizəsi İnstitutunun direktoru S.Məmmədova, Neftçala rayonundakı Etibar Əsgərov adına kolxozun sədri, respublika Kolxozlar Şurasının sədri Ə.Səlimov çıxış etdilər.
Azərbaycan Prezidenti Heydər Əliyev müşavirədə yekun sözü söylədi.
Respublikanın Baş naziri Surət Hüseynov müşavirədə iştirak edirdi.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri