REGİONLAR
PAMBIQ YIĞIMI BAŞA ÇATMIŞDIR
Respublikanın mühüm pambıqçılıq rayonlarından olan Kürdəmirdə həyata keçirilən uğurlu aqrar siyasət özəl torpaq sahiblərinin, fermerlərin pambıqçılığa marağını əsaslı surətdə artırmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən təsərrüfat ilində 2560 ton məhsul istehsal edən Kürdəmir pambıqçıları bu il həmin göstəricini 3 min tona çatdırmışlar. Hər hektarın məhsuldarlığı 18 sentner olmuşdur ki, bu da keçən ildəkindən 7 sentner çoxdur.
Əvvəlki illərdən fərqli olaraq, təhvil verilən məhsulun dəyərinin dərhal, nağd şəkildə ödənilməsi istehsalçıların marağını bütünlüklə təmin edir. Bu, gələn təsərrüfat ilində rayonda əkin sahələrinin, nəticə etibarı ilə, pambıq istehsalının artacağına əsas verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]