İDMAN


PARALİMPİYAÇI GÜNDÜZ İSMAYILOV AVROPA ÇEMPİONU OLDU

Azərbaycan paralimpiyaçıları əlil idmançılar arasında Slovakiyada keçirilmiş pauerliftinq üzrə Avropa çempionatında uğurla çıxış etmişlər. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 82,5 kiloqram çəki dərəcəsində çıxış edən Sidney Paralimpiya oyunlarının çempionu Gündüz İsmayılov qızıl medal qazanaraq, Avropa çempionu olmuş, 56 kiloqram çəki dərəcəsində yarışan Elnur Əliyev isə bürünc medala layiq görülmüşdür.

Xatırladaq ki, Gündüz İsmayılov 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya oyunlarına lisenziyanı hələ ötən il qazanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.