SİYASƏT


PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ BÖYÜK BRİTANİYADA

Xəbər verdiyimiz kimi, martın 9-da Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Böyük Britaniyaya rəsmi səfərə gəlmişdir.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Cəlal Əliyev, Asəf Hacıyev, Şahlar Əsgərov, Mikayıl Mirzəyev, Vaqif Abdullayev, Şirzad Əyyubov və Milli Məclis Aparatının məsul işçiləri daxildirlər.

Londonun Hitrou hava limanında parlament nümayəndə heyətini Parlamentlərarası İttifaqın Böyük Britaniya Qrupu Katibinin müavini Cim Rocers, respublikamızın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Rəfael İbrahimov və digər rəsmi şəxslər qarşılamışlar.

Səfər müddətində keçiriləcək görüşlərdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi barədə danışıqlar aparılacaqdır.

Nümayəndə heyətinin Böyük Britaniyaya səfəri davam edir.

Ceyhun Quliyev

Milli Məclisin mətbuat

xidməti şöbəsinin əməkdaşı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.